İlqar Vəliyev 1994-cü ildə EY şirkətinə iqtisadiyyat fakültəsinin məzunu kimi qoşulmuş və vəzifə dərəcələri üzrə sabit irəliləyərək həmkarları və rəhbərliyin hörmətini qazanmışdır. 2007-ci ildə o, peşəkar xidmətlər və mühasibat uçotu istiqamətində fəaliyyət göstərən bütün iri beynəlxalq firmalar arasında partnyor vəzifəsinə təyin edilmiş ilk Azərbaycan vətəndaşı oldu.
Karyerası boyunca Azərbaycan, Rusiya (1995-1996) və Böyük Britaniya (2001-2003) kimi müxtəlif bazarlarda həyata keçirilən bir sıra layihələrdə iştirak etmiş və onlara rəhbərlik etmişdir.
Azərbaycanın lisenziyalı auditoru, Auditorlar Palatası Şurasının üzvü, ABŞ-ın Lisenziyalı İctimai Mühasibi və İngiltərə və Uelsin Lisenziyalı Mühasibidir. 2013-2017-ci illərdə AmCham (Azərbaycanda Amerika Ticarət Palatası) prezidenti kimi xidmət göstərib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat üzrə magistr dərəcəsinə malikdir. Bundan əlavə, Çikaqo Universitetinin Booth Biznes Məktəbində “İşgüzar idarəetmə” ixtisası üzrə magistr təhsilini alıb.
İlqar Vəliyev daha yaxşı iş dünyasının qurulmasına necə töhfə verir?
“Burada üç əsas istiqamət görürəm. Birincisi, müəssisələr daim birlik, bərabərlik və davamlı inkişafa olan ehtiyacdan danışırlar. Biz bu barədə yalnız danışmırıq, biz bu dəyərləri yaşadırıq. Peşəkar və adi insan olaraq şirkətin atdığı hər bir addımda bu prinsipləri rəhbər tuturam. Bunu etməklə, EY başqalarına örnək olur və iş dünyasının digər iştirakçılarını da bu nümunəni təqlid etməyə təşviq edir. İkincisi, biz dinamik və rəqabətli iqtisadiyyata inanırıq. EY-ın “İlin İş Adamı” mükafatı vasitəsilə kiçik və orta sahibkarlığın dəstəklənməsinə töhfə veririk. Üçüncüsü, dünya sürətlə inkişaf edir. Mövqeyini qorumaq və inkişaf etmək üçün müəssisələr hal-hazırda dünyanı bürümüş pandemiya kimi sarsıntılara qarşı davamlı olmalı, onlara uyğunlaşmalıdır. Geniş təcrübəmiz və işlətdiyimiz qabaqcıl yanaşmalar sabahın problemlərini bu gün həll etmək üçün məhz bu yola üz tutmalı olduğumuzu göstərir.”