EY helps clients create long-term value for all stakeholders. Enabled by data and technology, our services and solutions provide trust through assurance and help clients transform, grow and operate.
At EY, our purpose is building a better working world. The insights and services we provide help to create long-term value for clients, people and society, and to build trust in the capital markets.
Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.
Qalib
Azərbaycanın aparıcı turizm agentliklərindən biri Baku Holiday Travel-ın rəhbəri Ramil Rzayevi təqdim edirik. 2013-cü ildə təsis edilmiş Baku Holiday Travel fəaliyyətinin 11ci ilində bütün türizm xidmətlərini online qaydada bht.az saytından göstərərək dünyanın müxtəlif ölkələrinə səyahət xidmətləri təklif etmək, Azərbaycanı xarici ziyarətçilər üçün cəlbedici məkana çevirmək üçün səylə çalışır. Fərqli idarəetmə tərzini rəhbər tutan Ramil sənayedə yaranan tendensiyaları daim izləyir və yeni texnologiyalar və innovativ strategiyaları işində tətbiq edir.
Ənənəvi turizm xidmətlərini müasir texnologiya və süni intellektlə inteqrasiya etdik!
Ramil Rzayev,
Təsisçi və baş direktor
İnnovasiya nominasiyası
Adil Qasımov 2019-cu ildə fəaliyyətə başlamış “Push 30” şirkətinin təsisçisidir. “Push 30” ilin startapı və AYİB-in “Star Venture Proqramı”nın qalibi adlarına layiq görülüb. Bu günədək Şirkət xarici investorlardan 2,5 milyon AZN-dən çox vəsait cəlb edə bilib. Şirkət qısa müddət ərzində müxtəlif idman zalları ilə sıx tərəfdaşlıq quraraq dəyər yaratmış, müştəri seçimlərini genişləndirmiş və beləliklə, yerli fitnes mərkəzlərinə dəstək olmuşdur. Bununla belə, “Push 30” şirkətinin biznes modeli sadəcə gəlir qazanmaq prinsipi üzərinə qurulmayıb. Əsas məqsəd günümüzün sürətlə inkişaf edən və şüurlu dünyasında dayanıqlı, sağlam həyat tərzini seçən icma yaratmaqdır. Hal-hazırda “Push30”-un 9 mindən çox aktiv istifadəçisi var. Bu yaxınlarda “Push30” şirkətinin Özbəkistandakı filialı fəaliyyətə başlayıb. Burada Şirkət 106-dan çox idman zalı ilə əməkdaşlıq edir, aktiv istifadəçilərin sayı isə artıq 250-dən çoxdur.
Uğurun təməli sabitlikdir
Adıl Qasımov,
Baş direktor
Kənd Təsərrüfatında inkişaf nominasiyası
Fərid Əkbərzadə 2018-ci ildə Azərbaycanın Goranboy rayonunda yaradılmış Umud Agro şirkətinin təsisçisidir. Umud Agro qabaqcıl təsərrüfat avadanlığının təmin edilməsi, heyvandarlıq komplekslərinin tikintisi və idarə edilməsi, damazlıq heyvanların Avropa ölkələrindən idxalı ilə məşğul olur. Müştərilərin müxtəlif ehtiyaclarını qarşılamaq məqsədini rəhbər tutan şirkət kənd təsərrüfatı avadanlığı ilə bağlı xüsusi tələbləri başa düşmək üçün hərtərəfli təhlillər apararaq keyfiyyət və məmnuniyyəti təmin edir. Fərid sadəcə uğurlu maliyyə nəticələri əldə etmək deyil, həm də kənd təsərrüfatının dayanıqlı inkişafına əhəmiyyətli töhfələr vermək əzmindədir.
Bir çiçəklə bahar olmaz, hər bahar bir çiçəklə başlar.
Fərid Əkbərzadə
Təsisçi
Dayanıqlı inkişaf nominasiyası
İlkin Hacıyev 2020-ci ildə fəaliyyətə başlamış Sustainera Solutions şirkətinin təsisçisidir. Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən Şirkət, əsasən iqlim dəyişikliyi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təşkilatlar, xarici və yerli şirkətlər, beynəlxalq maliyyə institutlarına qlobal standartlar əsasında məsləhət və tədqiqat xidmətləri göstərir. Dayanıqlı gələcək prinsipini rəhbər tutaraq problemləri davamlı və dayanıqlı inkişafa əsaslanmış həllərə çevirən Sustainera Solutions müştəriləri transformasiya yolunda istiqamətləndirir, maraqlı tərəflərə və ətraf mühitə müsbət təsir göstərməyə çalışır.
Transformasiya. Tərəqqi. Dayanıqlı inkişaf.
İlkin Hacıyev,
İrcaçı direktor
Qadın Sahibkar nominasiyası
Alpha-Omega şirkətinin həmtəsisçisi və direktoru İnarə Mirzəzadəni təqdim edirik. Pandemiyanın davam etdiyi dövrdə yaranmış Alpha-Omega olduqca qısa müddət ərzində öz bazar payını cəlb edə, cəsarətli və iddialı bir şirkətə çevrilə bilmişdir. Bu gün Alpha-Omega həm yerli, həm də beynəlxalq müştərilərə xidmət göstərir. İnarənin idarəetmə fəlsəfəsi innovasiya, risketmə və loyallıq ideyaları əsasında qurulur. Alpha-Omega Azərbaycanda minlərlə sahibkarı birləşdirən Nabat Talks nevörkinq platformasının ana şirkətidir.
Cəhd edin. Məqsədlərinizə doğru irəliləyin. Risk edin. İlhamlandırın. Enerjiniz dünyanı işıqlandıracaq!
İnara Mirzəzadə,
Həmtəsiçi və Direktor
Regional inkişaf nominasiyası
Tariyel Mirzoyev 2016-cı ildə təsis edilmiş Balkhoorma şirkətinin rəhbəridir. Şirkət quru meyvələrin, əsasən xurmanın, istehsalı ilə məşğul olur. Balakəndə yerləşən istehsal müəssisəsi məhsulların təbii dadını və qida dəyərini qorumaq üçün şəkər və konservantlardan istifadə etmədən təbii istehsal prinsiplərini rəhbər tutur. Şirkətin məhsulları 15-dən çox ölkədə təqdim edilir, ixracın ümumi istehsalda payı isə 98% təşkil edir. Şirkətin əsas məqsədi ənənəvi sortları və xammal mənbələrini qorumaq və əsas xammal olan xurmanı birbaşa yerli fermerlərdən alaraq onlara dəstək göstərməkdir.
Heç vaxt təslim olma.
Tariyel Mirzoyev,
Baş direktor
Azərbaycan və hüdudlarından kənarda nominasiyası
Güclü rəqabət şəraitində seçilmək imkanı yaradan reklam və mebel həlləri təqdim edən VITAM şirkətinin təsisçisi Tehran Əliyevi təqdim edirik. 2004-cü ildən etibarən fəaliyyətə başlamış şirkət reklam strukturlarından və cəlbedici vitrinlərdən tutmuş xüsusi hazırlanmış kommersiya mebellərinə və göz oxşayan sərgi stendlərinə qədər geniş çeşiddə həllər təklif edir. Şirkət ABŞ, Gürcüstan, Niderland və Özbəkistanda da təmsil olunur. Tehran uğurunu güclü satış, əlaqələrin qurulması, düzgün məqsədlərin qoyulması və təşkilatçılıq səriştələri ilə əlaqələndirir.
Qlobal düşünün, sərhədlər beyninizdədir.
Tehran Əliyev,
Direktor
Ekoloji həllər nominasiyası
Ekoloji dayanıqlığı təşviq edən sosial layihə BAFT & Partners-ın təşəbbüskarı Vüsal Həsənovu təqdim edirik. BAFT & Partners-ın unikallığı yaşıl enerji, təkrar emal və təbii resurslardan maksimum istifadəyə xüsusi diqqətin yönəldilməsidir. Tullantıların emalı üçün innovativ üsullar və qabaqcıl avadanlıqlar işlədən BAFT & Partners keyfiyyət və resursların səmərəliliyi baxımından yerli rəqiblərini arxada qoymağı bacarıb. Vüsal ekologiyanın prioritet məsələ olduğunu dəstəkləyir və oxşar bizneslər və fərdi iş adamlarını da bu məsələyə daha böyük önəm verməyə çağırır.
Gəldim, gördüm, qələbə çaldım!
Vüsal Həsənov,
İrcaçı direktor
Aqşin Şahbazzadə 2016-cı ildə fəaliyyətə başlamış "Green Hat" şirkətinin təsisçisidir. İlkin mərhələdə Şirkət yaşayış və kommersiya tikililərinin inşası ilə məşğul olmuş, sonradan öz fəaliyyət dairəsini genişləndirərək ev mebellərinin istehsalına başlamışdır. "Green Hat" sənayenin aparıcı oyunçuları ilə uğurlu əməkdaşlıq qurmuş, 2018-ci ildə isə elektronika sahəsində qlobal şirkətlərinin birinin beş əsas təchizatçılarından birinə çevrilməklə mühüm nailiyyət əldə etmişdir. Qlobal şirkətlər ilə əməkdaşlıq çərçivəsində "Green Hat" ən yüksək keyfiyyət standartlarına cavab verən kommersiya mebelləri, o cümlədən stend istehsalına başladı. Hal-hazırda Aqşin və onun komandası "Green Hat"ın beynəlxalq bazara çıxış imkanlarını araşdırmaqdadır. Əsas diqqət Yaxın Şərqdəki bazar tendensiyalarının təhlilinə yönəlib. Şirkətin qlobal genişlənmə strategiyasında Dubay, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrə ixracı başlamaq planlarını da nəzərdə tutulur.
Pul qazanmaq üçün nəticəni hədəfləyin. Xoşbəxt olmaq üçün prosesdən zövq alın.
Aqşın Şaxbazzadə,
Direktor
Anar Məlikov 2007-ci ildə təsis edilmiş TCS şirkətinin direktorudur. TCS yerli və beynəlxalq bazarlarda fəaliyyət göstərən dövlət və özəl şirkətlərə peşəkar təlim-tədris və mühəndislik xidmətləri göstərir. Şirkətin təqdim etdiyi akkreditə olunmuş təlim xidmətləri səriştələrin aşılanması və işə hazırlığı əhatə edir. Mühəndislik həlləri təminatçısı kimi TCS avadanlıqların təyinata uyğunluğunu, saz vəziyyətdə olmasını, təhlükəsiz istifadə edilməsini və texniki xidmətini təmin edərək yüksək standartların qarşılanmasına zəmanət verir. Keyfiyyət və uyğunluq prinsiplərini rəhbər tutaraq TCS işçi heyətinin və avadanlıqların müxtəlif sənayelərin ciddi tələblərinə cavab verməsini təmin edir.
Uğura gedən yol istək, iradə, fədakarlıq və zəhmətdən keçir.
Anar Məlikov,
Direktor
Aparıcı avtomatlaşdırma həllərini təmin edən Altair Technologies şirkətinin təsisçisi, Balağa Cəfərovu təqdim edirik. 2016-ci ildə fəaliyyətə başlamış Şirkət maliyyə texnologiyaları, logistika, istehsal, bankçılıq, ticarət, səhiyyə və verilənlərin idarə edilməsi kimi sənayelər üçün həllər təklif edir. Altair Technologies aparıcı banklar, dövlət müəssisələri, kommersiya təşkilatları, reklam firmaları və mətbəələrlə strateji əməkdaşlıq quraraq bazarda lider mövqe tutmağı bacarmışdır. Qlobal bazarlarda yaranan yenilikçi həlləri təklif etməklə Altair Technologies Azərbaycanda fəaliyyət göstərən təşkilatları ən müasir texnologiyalarla təmin edir və onların daim dəyişən kommersiya sahəsinə uyğunlaşmasına dəstək göstərir.
Birlikdə avtomatlaşdırma, innovasiyalar və inkişafa doğru.
Balağa Cəfərov,
Baş direktor
Elqar Bağırov kreativ və effektiv reklam həlləri təqdim edən Times Consulting agentliyinin təsisçisidir. 2007-ci ildən fəaliyyətə başlamış Şirkətin əsas məqsədi müxtəlif platformalar və kanallar vasitəsilə hədəf auditoriya ilə əlaqə yaratmaqdır. Times Consulting media yerləşdirmə, daxili reklam, o cümlədən qurğular, stendlər və işıq qutuları, şəhərin əsas məkanlarında çöl reklamı, PR və rəqəmsal marketinqi də əhatə edən geniş çeşidli xidmətlər təklif edir. Mütərəqqi yanaşmanı işlədən Times Consulting effektiv və estetik cəhətdən mükəmməl həllər təqdim etmək üçün unikal xüsusiyyətləri, incəlikləri və daha geniş konteksti diqqətlə alır.
Təsəvvür et. Yenilik yarat. Uyğunlaşdır. Mükəmmələşdir. Uğur qazan. Təkrarla.
Elqar Bağırov,
Təsisçi
Elnur İslamov Greening Global modelinin yaradıcısı və Azərbaycanda həyata keçirilmiş uğurlu layihələrin təşəbbüskarıdır. Qətiyyətli sahibkarın məqsədi ölkələrin yaşıllaşdırılması üçün dövlət-özəl tərəfdaşlığı modelindən istifadə edən aparıcı şirkətlər arasında yer almaqdır. Təklif edilən həll 8 milyard insanın maraqlarını diqqətə alır. Şirkətin müştəri portfelinə dövlət və hökumət rəsmiləri, şəhər və kəndlərin hakimiyyət orqanları, habelə innovativ ödəniş strukturuna üstünlük verən kommersiya şirkətləri daxildir.
Biznes qurmaq asandır - nəyi, nə zaman, necə və kiminlə edəcəyinizi müəyyən etsəniz. Biznesimizin uğuru müştəri üçün yaratdığımız dəyərlə ölçülür.
Elnur İslamov,
Direktor
Elşən Məmmədov qabaqcıl reklam həlləri vasitəsilə yerli və xarici brendlərin təşviqini həyata keçirən Brand Media reklam şirkətinin təsisçisidir. Şirkət hərəkətin sıx olduğu əraziləri hədəf alaraq, reklamın yerləşdirilməsi üçün ən uyğun məkanları seçir və onları müxtəlif auditoriyaları cəlb edən dinamik platformalara çevirməklə brendin tanınma səviyyəsini və cəlb etmə qabiliyyətini artırır. Brand Media kreativ ideya və vizuallaşdırmadan tutmuş icra və effektivliyin təhlilinə qədər hərtərəfli reklam xidmətləri təklif edir. Müştəri yönümlü yanaşmanı rəhbər tutaraq, Şirkət hədəf qrupların diqqətini cəlb edən effektiv PR və reklam alətləri hazırlayır.
Layihələrimin qlobal miqyaslanabilən olması məni daim ilhamlandırıb.
Elşən Məmmədov,
Direktor
Fəxri Qasımov innovasiyalar və qabaqcıl texnoloji həllər təqdim edən IT şirkəti Guavalab-ın təsisçisidir. Guavalab, mobil bankçılıq proqramları və kripto prosessinq sistemləri daxil olmaqla innovativ maliyyə və texnoloji həllərin tərtibatı ilə məşğul olur və bununla da fintek sektorunun modernləşdirilməsinə əhəmiyyətli töhfə verir.
Əvvəlcə düşünün. Sonra hərəkət edin
Fəxri Qasımov,
Direktor
Azərbaycanın CİS sahəsində aparıcı mövqe tutan Datum şirkətinin rəhbəri Camal İsmayılovu təqdim edirik. CİS, məsafədən zondlama və proqram təminatının işlənib hazırlanması kimi sahələrdə ixtisaslaşan və zəngin təcrübəli komandası olan Datum sənayenin əsas oyunçuları ilə distribyutorluq müqavilələri imzalayıb. Gözləntiləri aşmaq məqsədini rəhbər tutan Datum komandası qabaqcıl texnologiyalardan istifadə etməklə müştərilərə müstəsna xidmət göstərmək üçün əzmlə çalışır.
Digər bizneslərdən fərqli olaraq bizim biznesimiz elm, innovasiyalar və texnologiyanın vəhdəti üzərində qurulub. Diqqətin təcrübə və komandanın inkişafı kimi peşəkar amillərə deyil,
Camal İsmayılov,
Direktor
Kamil Bağırov CraZzy Bear konseptual restoranının sahibi və təsisçisidir. CraZzy Family şirkətləri CraZzy Bear restoranı ilə yanaşı CraZzy Chameleon, CraZzy Mosquito, CraZzy Gifts, CraZzy Partners, CraZzy Aghabala Chaykofski və digər məkanları özündə birləşdirir. Kamilin məqsədi Azərbaycanı dünyada konseptual restoranların əmələ gəldiyi bir ölkə kimi tanıtmaq və ölkənin bu sahədəki nüfuzunu gücləndirməkdir.
Çılğın ideyaların arxasınca gedin.
Kamil Bağırov,
Təsisçi
Leyla Əliyeva tədbirlərin təşkili sahəsində lider mövqe tutan A+A group events şirkətinin rəhbəridir. Qafqazın aparıcı tədbir agentliklərindən biri kimi tanınan A+A Events yaradıcılıq, texniki nou-hau və layihələrin idarə edilməsi səriştələrini birləşdirən hərtərəfli həllər təklif edir. Qala şam yeməkləri və ecazkar toy mərasimlərindən tutmuş dinamik məhsul təqdimatları və dünya şöhrətli ulduzların çıxışlarınadək - A+A Events uzun müddət yadda qalan möhtəşəm tədbirlərin təşkilatçısıdır.
Ən böyük dəyərimiz - insanlardır.
Leyla Əliyeva,
İrcaçı direktor
Reyhan Huseynova University Foundation Centre mərkəzinin təsisçisi Reyhan xanım Hüseynovanın uğur hekayəsini bölüşürük. “Mən UFC təhsil mərkəzinin təsisçi direktoru olaraq, hər zaman inanmışam ki, ölkəmizin istedadlı gənclərinə maddi və mənəvi dəstək göstərmək lazımdır. Bu fikir ilə 10 il əvvəl yola çıxaraq bir çox gəncin arzusunu reallaşdıran, Azərbaycanda ilk dəfə olaraq 3 müxtəlif istiqamətdə tədris həyata keçirən UFC təhsil mərkəzinin əsasını qoydum." UFC Təhsil Mərkəzi Azərbaycanda ilk Beynəlxalq Foundation proqramı tədris edən təhsil mərkəzi kimi fəaliyyətə başlayaraq, bugün peşə və ali təhsil müəssisələrinə geniş qəbul imkanları təmin edən böyük bir təhsil ocağına çevrilmişdir.
Yaxşılıq etməyə tələsin.
Reyhan Hüseynova,
Baş direktor
Müsabiqənin daha bir iştirakçısı, Mobil Qrupun təsisçisi və direktoru Vüsal Xəlilovu təqdim edirik. Gömrük təmsilçiliyi və beynəlxalq yükdaşıma xidmətləri üzrə ixtisaslaşan Mobil Qrup müştərilərə geniş spektrli məsələlərin həllində əvəzsiz yardım təklif edir, onların təkmilləşən gömrük qaydalarının incəliklərinə uyğunlaşmasına kömək edir. Vüsal davamlı tərəqqini təmin edən işgüzar modelə üstünlük verir və biznesin müxtəlif tərəflərinin eyni zamanda inkişaf etməli olduğuna əmindir.
Biz sahibkar və Gömrük orqanı arasında körpü inşa edirik. Təməlimiz etibar,güvən,şəfaflıq və peşakar xidmətlə qoyulub. Bu addımın bizim üçün və ölkəmiz üçün böyük faydası olacağına inanıram.